Turkiyədən Avropa Parlamentinə ağır sözlər
“Türkiye-AB əlaqələrinin inkişafına mane olmaqla tanınan Avropa Parlamenti daha öncə də elədiyi kimi 1915-ci il olayları ilə bağlı yenidən tarix yazmağa həvəslənib”.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Avropa Parlamentinin (AP) qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda AP-nin qərarı “gülünc” adlandırılıb: “Tarixi və hüququ qətl edən bu mətni qəbul edənləri ciddiyə almırıq. Avropa Birliyi vətəndaşlarından cəmi 42 faizinin 2014-cü ildəki seçkilərə qatılması da bu parlamentin AB siyasi mədəniyyətindəki yerini zatən göstərib. Mənasızlıqda hər baxımdan bənzərinə az rast gəlinən bu mətni gələcəkdə xatırlamaq istəmədiyi sənədlər arasına qoymaq üçün eynilə bu quruma geri göndəririk”.
Bəyanatda bildirilib ki, bu qərarın yalnız bilgisizlik və cəhalətlə əlaqələndirilməsi yanlış olar: “Bunun arxasında, nə yazıq ki, din və mədəni fərqliliyə görə yaranmış laqeydlik də var. AP Avropa xalqları arasında ortaq gələcəyin inşasına töhfə vermək istəyirsə, bunun fərqli din və mədəniyyətləri uzaqlaşdıraraq, gerçəkləşməsinin mümkün olmadığını bilməlidir”.
Türkiyə XİN AP üzvlərinə 1915-ci il olayları ilə maraqlanmadan öncə öz tarixləri ilə üzləşməyi, xüsusilə I və II dünya müharibələri kimi insanlığın ən qorxunc fəlakətindəki rol və məsuliyyətlərini xatırlamalarını tövsiyyə edib.