Ərdoğanın kürəkəni deputat seçildi, Hakan Şükür seçilmədi
08 iyun 2015 13:41 (UTC +04:00)

Ərdoğanın kürəkəni deputat seçildi, Hakan Şükür seçilmədi

0

Türkiyədə keçirilən parlament seçkilərində iştirak edən bir çox tanınmış şəxslər uğursuzluğa düçar olub. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, keçən seçkilərdə hakim partiyadan millət vəkili seçilən məşhur futbolçu Hakan Şükür bu dəfə parlamentə düşə  bilməyib.

 

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın qızının həyat yoldaşı Berat Albayrak isə AKP-nin siyahısından deputat seçilib.

 

MHP-nin siyahısından deputat seçilən tanınmış simalardan biri isə Türkiyə prezidentliyinə sabiq namizəd Əkmələddin İhsanoğlu olub. 

 

Ən gözlənilməz nəticə isə Bələdiyyə seçkilərində İstanbulda 40 faizə yaxın səs toplayan CHP namizədi Mustafa Sarıgülün parlamentə daxil ola bilməməsidir. CHP-nin İstanbul 2-ci bölgədən 8 mandat qazanması 9-cu sıradan namizədi irəli sürülən M.Sarıgülü kənarda qoyub. 

 

Müğənni namizədlərdən Uğur Işılakın AKP-dən deputat seçilməsi, MHP-dən isə aktyor Mehmet Aslanın uğursuzluğa düçar olması da bu seçkilərin yaddaqalan hadisələrindən olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar