Türkiyənin Van bölgəsində 4,2 bal gücündə zəlzələ olub.
Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, yeraltı təkanlar Vanın Çataq rayonun Sugəldi, Dalbastı, Övəcək və Kaçıt kəndlərində baş verib.
Mənbə dağıntı və xəsarət alanın olmadığını bildirib.