Türkiyədə yeni terror həyəcanı: İŞİD-in 4 “canlı bombası” axtarılır
24 oktyabr 2015 07:11 (UTC +04:00)

Türkiyədə yeni terror həyəcanı: İŞİD-in 4 “canlı bombası” axtarılır

0

Türkiyə  güc strukturları irimiqyaslı terror aktları törətmək məqsədi ilə ölkəyə 4 İŞİD üzvü, 3 kişi və 1 qadının Suriyadan daxil olduğunu bəyan edib.

 

APA-nın NTV-yə  istinadən verdiyi məlumata görə, həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.

 

Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə  Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır. 

 

Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömer Deniz Dündar da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar