PKK Türkiyənin bir neçə şəhərindən terror törədib
16 fevral 2016 12:16 (UTC +04:00)

PKK Türkiyənin bir neçə şəhərindən terror törədib

Dünən axşam PKK terror təşkilatı  Türkiyənin bir neçə şəhərindən terakt törədib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, terrorçular Abdullah Öcalanın Keniyada ələ keçirilərək Türkiyəyə gətirilməsinin 17-ci ildönümünə görə bir neçə şəhərdə yük maşınlarına hücum edib.

Dünən axşam Mersində “TIR” markalı yük maşınına molotov kokteyli hücumu təşkil edilib. Yük maşının sürücüsü xəsarətsiz xilas ola bilib.

 

Bundan başqa, dünən gücə Mardində “Sevgi yuvası” məktəbəqədər təhsil müəssisəsi və  "Misakı-milli" orta məktəbinə də molotov kokteyli və əl qumbaraları ilə hücum edilib.

Məktəb istifadəsiz hala gəlib.

Aydın şəhərində isə yolu kəsən terrorçular polislərə daşla hücum ediblər. 

 

Vanda da daha bir polis maşınına roketvuranla hücum təşkil edilib. Van polis şöbəsinə edilən terror hücumu zamanı isə bir polis yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar