Türkiyədə xına mərasimində 2 nəfər öldürüldü
08 avqust 2015 13:02 (UTC +04:00)

Türkiyədə xına mərasimində 2 nəfər öldürüldü

 
Türkiyənin Şanlıurfa vilayətinin Birəcik qəsəbəsində xınayaxdı mərasimində dəhşət yaşanıb. APA TV-nin "Milliyyet"e istinadən verdiyi məlumata görə, yallı gedənlərdən biri belindəki tapançanı çıxararaq ətrafa atəş açmağa başlayıb. Güllələrdən biri 5 uşaq anası olan 38 yaşlı qadına, biri isə 14 yaşlı məktəbliyə dəyib. Onların hər ikisi həyatını itirib, bir nəfər də yaralanıb. Məlum olub ki, yallı gedənlərə qoşulan şəxsin mərasim sahiblərinə heç bir yaxınlığı olmayıb. Hadisədən sonra o, aradan çıxıb. Polis axtarışlara başlayıb.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar