Türkiyə höküməti Twitter şəbəkəsinə girişi blok edib.
Lent.az-ın "Trend"ə istinadən məlumatına görə, bu barədə Hürriyət qazeti bildirib.
Twitter şəbəkəsinə girişinin blok edilməsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir necə saat sonra baş verib.
Belə ki, Türkiyənin Baş naziri cümə axşamı partiyasının mitinqində söyləyib ki, Twitter ölkədən qaldırılacaq.
Onun sözlərinə görə, Twitter-in azadlığa heç bir aidiyyatı yoxdur.
Qeyd edək ki, bu addımı Türkiyədə yaxınlaşmaqda olan 30 mart bələdiyyə seçkiləri üçün tədbir kimi də qəbul etmək olar. Çünki son vaxtlar iqtidarda olan Ədalət və İnkişaf Partiyası üzvlərinin və baş nazir Receb Tayyib Ərdoğanın gizli yazılmış telefon danışıqları və partiya içi fəaliyyətləri haqqında məlumatlar Twitter sosial şəbəkəsi vasitəsi ilə yayımlanırdı.