Türkiyədə turist avtobusu qəzaya düşdü: 4 ölü, 27 yaralı
06 avqust 2015 21:52 (UTC +04:00)

Türkiyədə turist avtobusu qəzaya düşdü: 4 ölü, 27 yaralı

0

Türkiyənin cənub-qərbində avtobusun qəzaya uğraması nəticəsində 4 rusiyalı turist ölüb,  20-si Rusiya vətəndaşı olmaqla 27 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi Aleksandr Leşukov bildirib.

 

Məlumata görə, Rusiya, Qazaxıstan və Litvadan olan turistləri daşıyan avtobus Dənizli bölgəsinin Pamukkale rayonu ərazisində qəzaya uğrayıb. Yerli mətbuatın xəbərinə görə, yolun yağışdan sonra sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb.

 

“Haber Denizli”-nin məlumatına görə, qəza nəticəsində  ölənlərin sayı 6-ya çatıb, 40-dək sərnişin xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar