Türkiyədə terror aktı törədən kamikadzenin kimliyi bəlli oldu
19 oktyabr 2015 22:03 (UTC +04:00)

Türkiyədə terror aktı törədən kamikadzenin kimliyi bəlli oldu

0

Ankarada baş verən terror aktını törədənlərdən birinin adı açıqlanıb.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə Baş prokurorluğunun məlumatında bildirilir.

 

O, iyulun 20-də Şanlıurfa əyalətində partlayış törədən, İŞİD-lə əlaqəsi olan terrorçu-kamikadzeninin qardaşı Yunus Emre Alagözdur.

 

“Digər terrorçu-kamikadzenin kimliyi hələ də, müəyyənləşdirilir.  Onun qonşu dövlətlərdən birindən Türkiyə ərazisinə keçdiyi artıq məlumdur”, prokurorluqda qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar