Türkiyəli məşhur jurnalist Ahmet Hakanın qabırğalarını qırdılar
01 oktyabr 2015 10:44 (UTC +04:00)

Türkiyəli məşhur jurnalist Ahmet Hakanın qabırğalarını qırdılar

0

Türkiyədə tanınmış jurnalist Ahmet Hakan fiziki zorakılığa məruz qalıb. Lent.az sözcü.com-tr-yə istinadən xəbər verir ki, “Hürriyət” qəzetinin və CNN Türk telekanalının əməkdaşı olan tanınmış jurnalist İstanbulun Nişantaşı adlanan hissəsində evinin qarşısında 4 nəfərin hücumuna məruz qalıb. Ağır xəsarətlər almış jurnalist “Amerikan” xəstəxanasına aparılıb. İlkin müayinə zamanı onun qabırğalarının və burnunun sındırıldığı məlum olub.  

 

“Hürriyət” qəzetinin rəhbəri Sedat Ergin vasitəsi ilə mediaya açıqlama göndərən Ahmet Hakan “Bu cür hücumlar bizi inancımızdan döndürməyəcək. Qorxmuruq, bildiyimiz yola davam edəcəyik” deyə, bildirib.

 

Qeyd edək ki, jurnalistə hücum edən 4 nəfər artıq saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar