Türkiyənin Çanaqqala bölgəsinin Gelibolu mahalında 2-ci Kolordu Komandanlığına bağlı mexanikləşdirilmiş 18-ci motoatıcı Briqadasında gecə saatlarında sursat anbarında partlayış baş verib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, hadisə nəticəsində 12 əsgər yaralanıb.
Yaralı əsgərlər təcili yardımla Geliboludakı xəstəxanaya yerləşdirilib.