Türkiyədə seçkilər qanlı olaylarla müşahidə edilir. Lent.az-ın milliyet-ə istinadən verdiyi məlumata görə, bu gün Şanlıurfanın Hilvan rayonunda yerli bələdiyyə orqanlarına keçirilən seçki zamanı namizədlərin bir-birinə və onların tərəfdarlarına atəş açması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xeyli yaralı var. Digər bölgələrdə də oxşar hadisələr baş verir. Hataydakı olaylarda da iki nəfər dünyasını dəyişib. Beləliklə, ölənlərin sayı 8-ə çatıb.
``````
16:00
Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri qanlı hadisələrlə müşahidə edilir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hatayın Kırıkhan rayonunda səsvermə zamanı bələdiyyə sədrliyinə namizədlər arasında qarşıdurma baş verib. Olaylarda 2 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb.
Bildirilir ki, Kırıkhanın Gölbaşı kəndində muxtarlığa namizədliyini vermiş şəxslər arasındakı dava zamanı odlu silahlardan istifadə edilib. Atışma nəticəsində Ayşə.Y və İsmayıl.B adlı iki nəfər qətlə yetirilib. 9 nəfər isə ağır vəziyyətdə Antakya və Kırıkhana aparılıb.
Bundan başqa Şanlıurfanın Hilvan rayonunda da oxşar hadisə baş verib. Yuvacık kəndində seçki zamanı namizədlərin qohumları arasında silahlı qarşıdurma olub. 4 nəfər ölüb, 7 kənd sakini isə yaralanıb.
```````
13:49
Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı ölkənin müxtəlif bölgələrində insidentlər baş verir. Lent.az-ın milliyet-ə istinadən verdiyi məlumata görə, Şanlıurfada muxtar (kənd bələdyyəsi) eçkilərinə namizədliyini vermiş şəxslər arasında kütləvi dava olub. Dava-dalaş zamanı biri polis olmaqla 4 nəfər xəsarət alıb. Dava zamanı bıçaq və odlu silahdan da istifadə edilib.
Bildirilir ki, muxtar vəzifəsinə namizəd olan şəxslər uzaq qohumdurlar.
Bundan başqa saat 08.00 radələrində Çankaya məhəlləsində də muxtarlığa namizədlər: İsmayıl Çiftçi ilə Şükrü Polatçı arasında seçiciləri istiqamətləndirmək məsələsi üstündə dava olub. Seçicilərin gözü qarşısında baş vermiş dava zamanı Şükrü Polatçının oğlu Uğur Polatçı və qardaşı oğlu Mehmet Polatçı bıçakla yaralanıb. Tərəfləri sakitləşdirməyə çalışan polis məmuru da ağır yaralanıb.
Şanlıurfanın Birecik rayonunda da namizədliyini irəli sürmüş iki ailənin davası zamanı 6 nəfər yaralanıb. Çiftlik kəndində bələdiyyə sədri seçilmək stəyən Ersöz və Öztürk ailələri arasındakı dava zamanı Öztürk ailəsindən 4 nəfər güllələnib. Daha iki nəfər isə küt alətlə vurulub.