Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri başa çatıb. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 19:00-da bütün seçki məntəqələri bağlanıb.
Türkiyə prezidenti Abdulla Gül, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, CHP lideri Kamal Kılıçdaroğlu və MHP rəhbəri Dövlet Bahçeli Ankarada, baş nazir Rəcəb Tayyib Ərdoğan isə İstanbulda səs verib.
Ölkənin şərqində seçki məntəqələri yerli vaxtla saat 16:00-da bağlansa da, qərb hissədə seçki 17:00-da başa çatdırılıb. Yaxın saatlarda səsvermənin ilkin nəticələrinin açıqlanacağı gözlənilir.