Türkiyədə məşhur musiqi yarışmalarından birinin iştirakçısı silahlı hücuma məruz qalıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan “Səsi çox gözəl” yarışmasında parlayan Mutlu Kaya adlı iştirakçı naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdə başından vurulub.
Hadisə baş verən zaman o, evdə müsabiqə üçün məşq edirmiş. Diyarbəkir vilayətinin Ergani rayonundan kəşf edilərək Sibel Can vasitəsilə televiziya yarışmasına gətirilən 19 yaşlı qızın vurulması məşhur müğənnini də kədərə boğub.
Sibel Can bu barədə “Instagram” sosial şəbəkəsində yazıb: “Mənim gözəl Mutlu qızım, necə qıydılar sənə? Çox kədərliyəm. Müsabiqə sayəsində tanıdığım minlərlə parlaq qızımızdan biri olan Mutlunun səhhəti hazırda çox kritikdir. Dualarınızı əskik etməyin.”
Cinayətkarın yaxalanmmsı üçün axtarış-əməliyyat tədbirlərinə başlanılıb. İlkin olaraq, bir nəfər şübhəlinin saxlanıldığı bildirilir.
Qeyd edək ki, məktəblərdən birinin bufetində işləyən 19 yaşlı Mutlu Kayanı Sibel Can Diyarbəkirdən İstanbula “Səsi çox gözəl” musiqi yarışmasında iştirak etmək üçün gətirmişdi.