Türkiyənin Konya şəhərində içərisində azərbaycanlı şəxsin olduğu avtomobil yolun kənarında avtobus gözləyən insanlara çırpılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Polis qəzanı törədib hadisə yerindən qaçan sürücünü axtarır. Avtomobildəki G.E, Gürcüstan əsilli S.A. (25), M.A. (19) və Azərbaycan əsilli D.M. (20) saxlanılıb.