Türkiyədə kral Abdullahın vəfatı ilə əlaqədar matəm elan edilib
24 yanvar 2015 03:31 (UTC +04:00)

Türkiyədə kral Abdullahın vəfatı ilə əlaqədar matəm elan edilib

Türkiyə hökuməti  Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə  əlaqədar yanvarın 24-də matəm elan edib.

 

APA-nın “Today's Zaman”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş naziri  Əhməd Davudoğlu elan edib.

 

Səudiyyə Ərəbistanının kralı 91 yaşlı Abdullah bin Əbdüləziz Əl Səud yanvarın 23-nə keçən gecə vəfat edib.

 

Kral Abdullah  vəfat etdikdən sonra taxta Salman ibn Əbdül Əziz əl Səud çıxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273

Oxşar yazılar