Türkiyədə iki sərnişin təyyarəsi məcburi eniş edib
29 iyul 2014 01:40 (UTC +04:00)

Türkiyədə iki sərnişin təyyarəsi məcburi eniş edib

0

Lent.az-ın anspress-ə istinadən məlumatına görə, İstanbuldakı Atatürk Hava Limanından uçuş edən iki təyyarə səmaya qalxdıqdan bir müddət sonra elə həmin limana məcburi eniş etməli olub.

 

Türkiyə mətbuatı bildirir ki, iyulun 28-də axşam saatlarında İstanbul–Klimancero və İstanbul–Berlin istiqamətlərində bir saat fərqlə uçuş həyata keçirən təyyarələri geri dönməyə məcbur edən səbəb isə hər ikisinin səmada uçan quş dəstəsinə çırpılmasıdır.

 

Qeyd edək ki, məcburi enişlər normal həyata keçirilib və təyyarələr texniki baxış üçün anqarlara göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1102

Oxşar yazılar