Türkiyədə hərbçilərə hücum: 2 ölü, 4 yaralı
26 iyul 2015 05:51 (UTC +04:00)

Türkiyədə hərbçilərə hücum: 2 ölü, 4 yaralı

0

Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Diyarbakır-Bingöl yolunda,  Lise rayonu ərazisində qeydə alınıb.

 

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

 

Yaralanan əsgərlər Lice Xəstəxanasına, sonra isə Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti Tibb  Xəstəxanasına çatdırılıblar.

 

Bölgədə vəziyyətin gərgin olduğu bildirilir. Hadisə ilə əlaqədar Türkiyə ordusu hərbi təyyarələrin iştirakı ilə əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar