Türkiyədə hava limanına 2 top mərmisi düşdü
09 fevral 2016 05:43 (UTC +04:00)

Türkiyədə hava limanına 2 top mərmisi düşdü

0

Türkiyənin Batman bölgəsində hava limanına iki top mərmisi düşüb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirilib. Təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gedib. Top mərmilərinin hava limanının boş ərazisinə düşdüyü qeyd edilib. Bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirləri alınıb. Hava limanına giriş-çıxış bağlanıb.

 

Qeyd edək ki, Batman hava limanı şəhər mərkəzindən 10 km aralıda yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar