Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadın tutulub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün saat 4:00-da polis Balıkesirin Ayvalıq qəsəbəsində əxlaqsızlıq yuvasına çevrilmiş evdə əməliyyat keçirib. Əməliyyat nəticəsində aralarında biri azərbaycanlı olmaqla fahişəliklə məşğul olan 4 xarici vətəndaş və bu işdə onlara vasitəçilik edən 2 kişi saxlanılıb.
Saxlanılan qadınlar Z.A., T.S. və G.R Ayvalıq Dövlət Xəstəxanasının Qadın Doğum Şöbəsində sağlıq yoxlamasından keçdikdən sonra ölkədən deportasiya edilməsi üçün Ayvalıq qəsəbəsi Polis Şöbəsinə göndəriliblər. Türkiyəli qadın E.C. isə sərbəst buraxılıb. Fahişəliyə vasitəçilik etmiş kişilər – T.S. və M.S. Y. məhkəmə qarşısına çıxarılacaq.