Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hadisə yerinə çox sayda yanğınsöndürən maşın cəlb olunub. Hadisə gecə saatlarında İstanbulun Ataşehir rayonunda baş verib. Güclü partlayışdan sonra baş verən yanğının səbəbləri hələ ki bilinmir.
Qeyd edək ki, fabrik bina dekorasiyaları hazırlayırmış. Dekor əşyalar sintetik maddələrdən hazırlandığı üçün alovun qısa vaxtda böyüdüyü bildirilib. Yanğın təxminən bir saata söndürülüb.
Hadisənin baş verdiyi əraziyə təhlükəsizlik məqsədi ilə polis və təcili tibbi yardım maşınları da cəlb olunub.
Yaralıların olub-olmadığı barədə məlmat verilməyib. Hadisəylə bağlı araşdırma başladılıb.