Türkiyədə dünyanın ən təhlükəli terrorçularından biri tutulub
05 dekabr 2014 11:22 (UTC +04:00)

Türkiyədə dünyanın ən təhlükəli terrorçularından biri tutulub

0
Türkiyədə dünyanın ən təhlükəli terrorçularından biri tutulub.

 

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Əbd əl-Baset Əzzuz artıq ABŞ-a təhvil verilib.

 

Türkiyədə saxta sənədlərlə yaşayan Ə. Əzzuz noyabrın 13-də Türkiyə kəşfiyyatı ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin birgə əməliyyatı zamanı saxlanılıb. O, öncə İordaniyaya aparılıb, bir müddət sonra isə oradan ABŞ-a yola salınıb.

 

Qeyd edək ki, Ə. Əzzuz 2012-ci ildə ABŞ-ın Liviyadakı konsulluğuna hücumda ittiham olunur. Onun həmçinin Liviyada “Əl-Qaidə”nin təlim düşərgəsinə rəhbərlik etdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar