Türkiyə ağlayır: 201 ölü, 787 nəfər yerin altında - <span style="color:red;">YENİLƏNİB
14 may 2014 08:40 (UTC +04:00)

Türkiyə ağlayır: 201 ölü, 787 nəfər yerin altında - YENİLƏNİB

Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb.

APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. 

 

Ölən və yaralıların sayının artacağı istisna olunmur.

 

 Partlayış baş verən an şaxtada 787 insan olub. 

 

Xilasetmə əməliyyatı davam edir.

 
 
 
 
***
01:37
 
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, Türkiyə Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hazırda partlayış  nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 11 nəfər xəsarət alıb.  Yerin altında qalan 200-dək fəhlənin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.

 
***
 
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.

 

Hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. Bundan əvvəl isə o 20 nəfərin tüstüdən zəhərlənmədən və aldıqları xəsarətlərdən öldüyünü bildirmişdi.   

 

“Hurriyet” qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib.  İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib. 

 

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb. 

 

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda “təcili yardım” maşını cəlb olunub. 

 

 

`````

 

 

21:11

 

 

Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur.

 

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.  

 

Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtadan çıxmasında problem yaranıb.  

 

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.    

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11018
avatar

Oxşar yazılar