Türkiyədə daha bir məmur istefa verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə Hava Yolları Şirkətinin (THY) rəhbəri Həmdi Topçu istefa verdiyini açıqlayıb. Topçu 2010-cu ildən adıçəkilən şirkətə rəhbərlik edirdi. Onun yerinə isə İlker Aycı adlı şəxsin gəlməsi gözlənilir.
Qeyd edək ki, bu gün həmçinin Türkiyənin elektrik təchizatı ilə məşğul olan şirkətinin rəhbəri də istefa verib.