Türkiyədə bir gecədə 3 zəlzələ
05 sentyabr 2014 04:31 (UTC +04:00)

Türkiyədə bir gecədə 3 zəlzələ

Bu gecə Türkiyədə 2 Egey, 1 Aralıq dənizi hövzəsi olmaqla 3 zəlzələ baş verib. 
 
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, ilk zəlzələ Çanaqqalanın Gökçeada rayonunda baş verib. Məlumata görə, yerli vaxtla saat 20.21-də (Bakı vaxtıyla 23.21) rayondan 50 km məsafədə, Egey dənizində 3.6 bal gücündə zəlzələ olub. Bundan 22 dəqiqə sonra eyni ərazidə 4.9 bal gücündə növbəti zəlzələ baş verib. Yeraltı təkanlar rayona yaxın kəndlərdə hiss edilsə də insan tələfatı və dağıntı qeydə alınmayıb. 
 
Daha bir zəlzələ isə Aralıq dənizinin Antalya sahillərində baş verib. Yerli vaxtla 00.00-da (Bakı vaxtıyla 02.00) baş vermiş zəlzələnin şiddəti isə 5.2 bal gücündə qeydə alınıb. Dənizin 25 km dərinliyində baş vermiş zəlzələ əsasən antalyanın Kəmər, Kumluca və Finiki rayonlarında hiss olunub. Bu zəlzələ nəticəsində də dağıntı və insan tələfatı qeydə alınmayıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1495
avatar

Oxşar yazılar