Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının Diyarbəkirin Sur mahalında davam edən əməliyyatlarında 4, Şırnaqın İdil mahalındakı əməliyyatlarda isə 1 PKK terrorçusu öldürülüb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Surda zərərsizləşdirilən PKK terrorçularının sayı 213, İdildə isə 6 olub.
Diyarbəkirin Sur mahalında keçirilən antiterror əməliyyatı zamanı 2 ədəd əl qumbarası məhv edilib və bununla da ələ keçirilən əl qumbaralarının sayının 207-yə çatıb. Şırnakın İdil mahalında davam edən əməliyyat zamanı 8 ədəd əl qumbarası ələ keçib və ələ keçən əl qumbaralarının sayı 13 olub.
Bundan başqa, Şanlı Urfanın Suruç bölgəsində keçirilən əməliyyat nəticəsində separatçı terror təşkilatına kömək etməkdə şübhəli bilinən dörd şəxs tutularaq gözaltına alınıb.
Evlərdə aparılan axtarışlarda “Kalaşnikov” avtomatı, ona aid 213 ədəd fişəng və dörd ədəd silah darağı, bir ədəd tapança ilə bu silaha aid 50 ədəd fişəng və bir ədəd daraq, terror təşkilatlarına məxsus müxtəlif sənədlərin ələ keçirildiyi açıqlanıb.
Diyarbəkirdə icra edilən daha bir əməliyyatda 1 şəxs gözaltına alınıb. Bitlisdə terrorçuların sığındığı 4 mağarada keçirilən antiterror əməliyyatı nəticəsində 15 ədəd əl qumbarasının hazırlanmasında istifadə edilən vasitələr tapılıb.
Hakkaridə aparılan yol axtarışında isə evlərindən qaçaraq terror təşkilatına qoşulmaq istəyən 3 uşaq saxlanılıb.
Həmçinin Van Gürpınarda aparılan əməliyyat zamanı isə terrorçulara yardım etdiyi bilinən iki vətəndaş ələ keçib.