Türkiyədə “YouTube qadağası” götürüldü
04 aprel 2014 12:57 (UTC +04:00)

Türkiyədə “YouTube qadağası” götürüldü

0

Türkiyədə “Twitter”dən sonra “YouTube” da məhkəmə qərarı ilə açılacaq.


 

APA-nın xəbərinə görə, Ankaranın Gölbaşı rayon məhkəməsi “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv edib. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət  telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəklər.     

 

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar