Türkiyədə “YouTube” saytına qoyulan yasaq aradan qaldırılıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, iyunun 3-dən istifadəçilər sayta sərbəst şəkildə daxil ola bilir.
Xatırladaq ki, mayın 30-da ölkənin Ana Yasa məhkəməsi saytın qapadılmasının söz və şəxsi azadlığına qarşı olduğunu bildirərək, onun yasaqlanmasının qanunsuz elan etmiş və uyğun qərar çıxarmışdı.
Beləliklə, 67 gündən sonra “YouTube” saytına giriş sərbəstləşib.