Türkiyədə 4 sabiq nazirlə bağlı qərar verildi
12 yanvar 2015 20:12 (UTC +04:00)

Türkiyədə 4 sabiq nazirlə bağlı qərar verildi

0

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Böyük Millət Məclisində yaradılmış araşdırma komissiyasının hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, komissiyanın apardığı araşdırmalardan sonra sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, sabiq daxili işlər naziri Muammer Güler, Avropa İttifaqı məsələləri üzrə sabiq nazir Egemen Bağış, habelə sabiq ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın adları hallandığı cinayət işləri diqqətlə nəzərdən keçirilib. Materiallarda Konstitusiya Məhkəməsinə çıxarılması üçün yetərli əsaslar olmadığı qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar