Türkiyədə 3 nazir istefaya getdi
07 mart 2015 12:19 (UTC +04:00)

Türkiyədə 3 nazir istefaya getdi

Türkiyədə 3 nazir Konstitusiyanın tələbinə əsasən parlament seçkilərinə 3 ay qalmış vəzifədən gedib.


 

APA-nın xəbərinə görə, daxili işlər naziri Əfqan Ala, ədliyyə naziri Bəkir Bozdağ və nəqliyyat, dənizçilik, kommunikasiya naziri Lütfi Əlvan vəzifələrindən istefa veriblər.

 

Ə. Alanın yerinə DİN-in aparat rəhbəri Səbahəddin Öztürk, B. Bozdağın yerinəƏdliyyə Nazirliyinin aparat rəhbəri Kənan İpək, L. Əlvanın yerinə isə Nəqliyyat, Dənizçilik, Kommunikasiya Nazirliyinin aparat rəhbəri Feridun Bilgin müvəqqəti olaraq nazir təyin olunublar.

 

Qeyd edək ki, Türkiyə Konstitusiyasının 114-cü maddəsinə əsasən parlament seçkilərinə 3 ay qalmış daxili işlər, ədliyyə və nəqliyyat-kommunikasiya nazirləri vəzifədən getməli və seçkilərdən sonra yeni hökumət qurulana qədər bu vəzifələri bitərəf dövlət məmurları tutmalıdır. 

 

Türkiyədə iyunun 7-də növbəti parlament seçkiləri keçiriləcək. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar