Türkiyə XİN rəhbəri Moskvada regional məsələləri müzakirə edəcək
16 sentyabr 2015 03:50 (UTC +04:00)

Türkiyə XİN rəhbəri Moskvada regional məsələləri müzakirə edəcək

0

Türkiyə XİN rəhbəri Feridun Sinirlioğlu sentyabrın 16-17-də  Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə Suriya böhranını müzakirə edəcək. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Türkiyə XİN-dən bildirilib.

 

“Feridun Sinirlioğlu 16-17 sentyabr tarixlərində Rusiyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Soçidə  onun rusiyalı həmkarı Sergey Lavrov ilə  keçiriləcək görüşündə ikitərəfli əlaqələr, Suriyadakı böhran və bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunacaq” deyə sənəddə bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar