Türkiyə Vyanadakı səfirini geri çağırdı
22 aprel 2015 23:49 (UTC +04:00)

Türkiyə Vyanadakı səfirini geri çağırdı

Türkiyə Vyanadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

 

APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə xarici işlər nazirliyi açıqlama yayıb.

 

“Avstriya parlamentinin “erməni soyqırımı” ilə bağlı bəyanatı Türkiyədə hiddətlə qarşılanıb. Tarixi faktlara zidd olan bu bəyanat türk xalqını cinayət törətməkdə təqsirləndirir. Bununla bağlı mövqeyimizi Avstriyanın Ankaradakı səfirinə çatdırmışıq. Türkiyənin Vyanadakı səfiri Həsən Goğuş isə məsləhətləşmələr üçün geri çağırılıb”, sənəddə deyilir.

 

Qeyd edək ki, Avstriya parlamenti aprelin 22-də “erməni soyqırımı”nı tanıyan bəyanat qəbul edib. “Türkiyə qaranlıq keçmişə aydınlıq gətirməli və etiraf etməlidir ki, Osmanlı İmperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”,  bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar