Avropa məhkəməsinin qərarına əsasən, Almaniyada yaşayan Türkiyə vətəndaşının xanımı viza almaq üçün alman dilindən imtahan verməyəcək.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rəsmi Berlin 7 il ərzində mühacirlərin Almaniya cəmiyyətinə inteqrasiyasının tənzimləmək və saxta nikaha qarşı mübarizə aparmaq məqsədi ilə dil normasında israr edirdi.
Məhkəmə Almaniya hakimiyyətinin yürütdüyü siyasətin 1970-ci ildə Avropa Birliyi ilə Türkiyə arasındakı bağlanmış anlaşmaya ziddir.
Həmin sənədə əsasən, Avropaya getmək istəyən Türkiyə vətəndaşlarına əlavə məhdudiyyətlər tətbiq edilə bilməz.
Məhkəmə xüsusi olaraq, qeyd edib ki, qəbul edilmiş qərar yalnız Almaniyaya deyil, dillə bağlı “izafə” tələb irəli sürən istənilən dövlətə aiddir.