Türkiyə və ABŞ suriyalı müxalifətçilərin təliminə başladı
26 may 2015 21:08 (UTC +04:00)

Türkiyə və ABŞ suriyalı müxalifətçilərin təliminə başladı

Türkiyədə  mötədil Suriya müxalifətinin nümayəndələrinin hərbi təlimi başlanılıb.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Kiprdə səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.  

 

“Təlimləri həyata keçirəcək Türkiyə və ABŞ-ın birgə heyəti artıq öz işinə başlayıb.  Demək olar ki, proqram kiçik qrupların təlimindən start götürüb. İnfrastruktur hazırdır, bütün lazımi avadanlıqlar da quraşdırılıb”, deyə nazir bildirib. XİN rəhbəri əlavə edib ki, proqramın icrasını yalnız Türkiyə və ABŞ həyata keçirir.

 

Çavuşoğlunun sözlərinə görə, təlimdən sonra silahlıların hansı ərazilərə göndərilməsi və onlara sonrakı dəstəyin göstərilməsi məsələləri gündəmə gələcək: “Onların gedəcəkləri bölgə təhlükəsiz olmalıdır. Hazırda  bununla bağlı bütün məsələlər Türkiyə və ABŞ arasında texniki mütəxəssislər, hərbçilər tərəfindən müzakirə olunur. Yekun qərar birgə veriləcək”.   

 

Qeyd edək ki, proqram çərçivəsində bu il, ümumilikdə, “Azad Suriya Ordusunun” iki minədək üzvü təlim keçəcək. Proqramda həmçinin Səudiyyə Ərəbistanı və Qətərin iştirak edəcəyi planlaşdırılıb. Proqrama əsasən Səudiyyə Ərəbistanı və Qətər 15 min suriyalıya təlim keçəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar