APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankaraya səfərə gələn Con Kerri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Göruşlər qapalı rejimdə keçirilib. Bir sıra məlumatlara görə, görüşlərdə tərəflər Türkiyənin “İslam Dövləti” qruplaşmasına qarşı əməliyyatda mümkün iştirakını müzakirə ediblər.