“PYD (PKK terror təşkilatının Suriya qolu) Suriya üzrə danışıqlara dəvət olunarsa, Türkiyə görüşü boykot edəcək”. APA-nın məlumatına görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.
“PYD danışıqlar masası arxasında hansı qismdə iştirak edəcək? Terror təşkilatı xalqı təmsil edə bilərmi? Bu danışıqlar müxalifət və rejim arasında keçirilir. Orada terror təşkilatları iştirak edə bilməz. Bu vaxtadək PYD-nin danışıqlara dəvət olunmayacağı bildirilirdi. Əgər PYD-ni Cenevrə danışıqlarına dəvət ediblərsə, biz, əlbəttə ki, görüşü boykot edəcəyik”, deyə Çavuşoğlu bildirib.