Türkiyə Suriya ilə sərhəddəki bir neçə yaşayış məntəqəsini boşaldıb
05 oktyabr 2014 20:56 (UTC +04:00)

Türkiyə Suriya ilə sərhəddəki bir neçə yaşayış məntəqəsini boşaldıb

0

Türkiyə Suriya ilə sərhəddə olan bir neçə yaşayış məntəqəsindən əhalinin çıxarılması barədə qərar verib.

 

APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya tərəfindən atılan güllələr nəticəsində 4 sakinin yaralanmasından sonra Şanlı Urfa valiliyi Suruc rayonunda Kiçik Kəndirli və Böyük Kəndirli məhəllələrinin boşaldılmasına qərar verib.

 

Bölgəyə giriş-çıxış qadağan olunub, sərhədə tanklar göndərilib, jurnalistlər təhlükəsizlik məqsədi ilə bölgənin Kobanini görən hissəsindən çıxarılıblar.

 

Rəsmilər bu məhəllələrdə yaşayanların bir müddət rəsmi qurumların qonaq evlərində yerləşdiriləcəklərini bildiriblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 888

Oxşar yazılar