Türkiyə şirkətləri üçün Rusiyada bu fəaliyyət sahələri qadağan olundu
30 dekabr 2015 14:22 (UTC +04:00)

Türkiyə şirkətləri üçün Rusiyada bu fəaliyyət sahələri qadağan olundu

Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyə şirkətləri üçün Rusiya ərazisində qadağan olunmuş fəaliyyət sahələrinin siyahısı barədə qərar imzalayıb.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya tikinti, memarlıq, mühəndis-texniki layihələndirmə, tədqiqat, turagentliklər, mehmanxana, dövlət qurumları və bələdiyyələrin ehtiyaclarının qarşılanması, ağac emalı kimi fəaliyyət sahələri daxil edilib. 
 

Qadağalar qərarın qüvvəyə minməsinə qədər Türkiyə ilə imzalanmış müqavilələrə şamil olunmur. 
 

Xatırladaq ki, Rusiya 2016-cı ilin yanvarında başlayaraq Türkiyədən bir sıra ərzaq məhsulların idxalını dayandırıb, Türkiyə ilə çarter reyslərini təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar