Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız İraqın şimalında hasil edilən neftin dünya bazarına daşınmasına başlandığını bildirib.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, nazir İraqın şimalında hasil edilən neftin Türkiyənin Ceyhan limanından daşınmağa başlanmasına belə açıqlama verib: “Mayın 21-də axşam saatlarında etibarən Ceyhanda saxlanılan Şimali İraq neftinin dünya bazarına daşınmağa başlanılıb. Bir milyon barel neftin yüklənməsi hələ davam etməkdədir”.