Türkiyə Rusiyaya Su-24 təyyarəsi ilə bağlı məlumatları təqdim etdi
26 noyabr 2015 01:05 (UTC +04:00)

Türkiyə Rusiyaya Su-24 təyyarəsi ilə bağlı məlumatları təqdim etdi

0

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Rusiya hərbi attaşesinə Su-24 təyyarəsi ilə bağlı məlumatları təqdim edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı diplomat  baş vermiş hadisənin detalları barədə məlumatlandırılıb.

 

Tərəflər arasında fikir mübadiləsi aparılıb. Türkiyə hərbçiləri bildirib ki, məsələ ilə bağlı hər növ əməkdaşlığa hazırdırlar.

 

Reuters agentliyinin xəbərinə görə, bundan əvvəl Türkiyə Rusiya təyyarəsinə xəbərdarlıq barədə səs yazısını açıqlayıb. Səs yazısında “istiqamətinizi dəyişin” sözlərini eşitmək mümkündür.

 

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar