Türkiyə Rusiya iqtisadiyyatına böyük zərbə hazırlayır
01 fevral 2016 23:54 (UTC +04:00)

Türkiyə Rusiya iqtisadiyyatına böyük zərbə hazırlayır

0

Türkiyə kənd təsərrüfatı nazirliyi Rusiyadan buğda idxalını dayandıra biləcəyini xatırladıb.

 

Bu barədə Oxu.Az Rambler News Service agentliyinə istinadən xəbər verir. Nazir Faruk Çelik bildirib ki, rəsmi Ankara belə məhdudiyyətlər qoysa, bu Rusiya kənd təsərrüfatına böyük zərbə olacaq.

 

“Rusiya yanvarın 1-dən Türkiyədən meyvə və tərəvəzin gətirilməsinə qadağa qoydu. Bundan əvvəl Rusiya bizdən il ərzində 750 milyon dollar dəyərində meyvə və tərəvəz idxal edirdi. Digər tərəfdən bizim Rusiyadan təkcə buğda idxalımız il ərzində 1,1 milyard dolları keçir”, - Çelik deyib.

 

Nazir həmçinin qeyd edib ki, Türkiyənin hələlik belə bir məhdudiyyətin qoymamasının yeganə səbəbi fermerləri baş verənlərə görə əziyyət çəkməsinin istəməməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar