Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasını istəyir
27 noyabr 2015 04:53 (UTC +04:00)

Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasını istəyir

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərinin normallaşacağına ümidvar olduğunu bildirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Kipr Respublikasına səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

 

“Kədərli hadisədən sonra Rusiya - Türkiyə münasibətləri yenidən öz məcrasına qayıdacaq. Diplomatiya qalib gəlib. Oktyabrın 3-də və 4-də baş vermiş ciddi aviasiya insidentlərindən sonra biz diplomatiya yolunu seçdik, indidə bu yolu davam etdiririk. Rusiyalı həmkarım Sergey Lavrovla telefon danışığı zamanı biz prinsipial razılığa gəldik.  ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Belqradda keçiriləcək konfransı zamanı bizim görüşmək imkanımız olacaq. Həmçinin, prezidentlərin də görüşmək imkanı olacaq. Əsası, sağlam düşüncənin zəfər çalmasıdır. Biz fikir ayrılığının dərinləşməsinə imkan verməməliyik”, deyə Çavuşoğlu qeyd edib.

 

O əlavə edib ki, Rusiya Türkiyə üçün sadəcə qonşu deyil, iki ölkə arasında xüsusi siyasi və iqtisadi əlaqələr var. Çavuşoğlu xatırladıb ki, Türkiyənin Krım məsələsinə dair  mövqeyinə baxmayaraq,  ölkə  Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyib.

 

Nazir qeyd edib ki, rəsmi Ankara baş vermiş insidentin Rusiya-Türkiyə münasibətlərinin korlanmasına səbəb olmasını istəmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35