Türkiyə Böyük Milli Məclisinin deputatları Xalqların Demokratik Partiyasının (HDP) ölkədə son hadisələrlə bağlı parlament komissiyasının yaradılmasına dair sorğusunu rədd edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata, müvafiq səsvermə HDP -nin təşəbbüsü ilə çağırılan parlamentin fövqəladə iclasında baş tutub.
Partiya terror aktlarının sayının artması səbəblərini araşdırmaq üçün komissiyanın yaradılmasını təklif edib.
İyulun 23-də HDP parlamentin fövqəladə iclasının çağırılması üçün sorğu göndərmişdi.