Türkiyə ordusu öz avtomatı ilə silahlanır
19 iyun 2014 07:45 (UTC +04:00)

Türkiyə ordusu öz avtomatı ilə silahlanır

0

Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan piyadaların silahından istifadə edəcək.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə,  “Milli Piyada Tüfəngi”nin qısaldılmış forması “MPT” 7, 62 mm çaplıdır. 200 ədəd  “MPT-76” Quru Qoşunlarına artıq təqdim edilib.

 

Bu silah Türkiyə mühəndisləri və işçiləri tərəfindən hazırlanıb. Onun bütün sənaye, ideya və mülkiyyət hüququ Türkiyə Müdafiə Sənayesi Katibliyinə məxsusdur.

 

Silahın kütləvi istehsalına 2014-cü ilin sonundan başlanılacaq.

 

Mənbə bildirib ki, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan və Cənubi Koreya “MPT-76” ilə maraqlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1732

Oxşar yazılar