Türkiyə ordusu İŞİD-i bombaladı
29 fevral 2016 21:52 (UTC +04:00)

Türkiyə ordusu İŞİD-i bombaladı

0

Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, zərbələr ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əməliyyatı çərçivəsində endirilib.   

 

Məlumata görə, İŞİD-in Hələb şəhərindən 40 km şimalda yerləşən mövqelərinə 60-dək mərmi atılıb. Terrorçulara məxsus bir çox hədəflərin məhv edildiyi bildirilir.

 

Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib.  

 

Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”,  İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar