Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Yüksəkova bölgəsində keçirdiyi antiterror əməliyyatları zamanı terrorçularla atışmada iki hərbçi şəhid olub, biri yüngül yaralanıb.
Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, TSQ-nin məlumatına əsasən, Hərbi Hava Qüvvələrinin Dağlıcada keçirdiyi əməliyyatlarda 15 terrorçu məhv edilib.
Terrorçu qüvvələrin fəallaşması səbəbindən Yüksəkova, Şemdinli və Çukurca rayonlarında fövqəladə vəziyyət elan olunub.