Türkiyə ordusu "İŞİD"lə döyüşəcək
02 oktyabr 2014 23:48 (UTC +04:00)

Türkiyə ordusu "İŞİD"lə döyüşəcək

0

Türkiyə parlamenti ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən  istifadə etməyə icazə verib.  

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hökumət Suriyada və İraqda vəziyyətin gərginləşməsi, “İslam Dövləti” terror qruplaşmasının Suriyadakı qüvvələrinin ölkə üçün yaratdığı təhlükə ilə bağlı ordunun sərhədyanı əməliyyatlara cəlb olunmasına dair parlamentə sorğu  göndərmişdi.

 

Mandat bir il müddətində qüvvədə olacaq.

 

 

Səsvermədə, ümumilikdə 396 deputat iştirak edib, onlardan 298-i lehinə, 98-i isə əleyhinə səs verib. Sənədi ölkə prezidenti R.T.Ərdoğan da dəstəkləyib.   

 

Səsvermə açıq keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1622

Oxşar yazılar