Türkiyə NATO-nu fövqəladə toplantıya çağırıb
11 iyun 2014 23:04 (UTC +04:00)

Türkiyə NATO-nu fövqəladə toplantıya çağırıb

0

Mosulda baş verənlərlə bağlı  Türkiyə  NATO-nun fövqəladə toplantısının çağırılmasını istəyib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi bir müddət öncə BMT və NATO başda olmaqla beynəlxalq qurumların gərəkən tədbirləri görməyə hazır olduğunu bildirmişdi.

 

Diplomatik qaynaqlar bildirib ki,  Türkiyənin çağırışı ilə NATO-ya üzv dövlətlərin səfirlərinin toplantısı keçirilib.

 

 

İraqın Mosul şəhərindəki Türkiyənin Baş Konsulluğuna basqın edən “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatı diplomatik nümayəndəlikdə olan 48 nəfəri girov götürüb. Bundan əvvəl isə 31 yük maşını sürücüsü terrorçular tərəfindən girov götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1275

Oxşar yazılar