Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi bilindi
16 iyun 2014 18:20 (UTC +04:00)

Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi bilindi

 Türkiyənin əsas müxalifət partiyaları - Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident seçkilərində vahid namizədlə çıxış etmək barədə razılığa gəlib.

 

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, CHP lideri Kamal Kılıçdaroğlu MHP lideri Dövlət Baxçalı ilə görüşdən sonra vahid namizədi razılaşdırdıqlarını bəyan edib.

 

Onun sözlərinə görə, CHP və MHP bu ilin avqust ayında keçiriləcək prezident seçkilərində 2005-2009-cu illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmələddin İhsanoğlunun namizədliyini müdafiə edəcək.

 

Qeyd edək ki, Ekmələddin İhsanoğlu 1943-cü ildə Qahirədə anadan olub. Misirin Ayn Şəms Universitetinin məzunu, Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. Evlidir, üç övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar