Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür
20 avqust 2015 05:43 (UTC +04:00)

Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür

0
Son günlər Türkiyənin milli valyutası - lirənin məzənnəsi sürətlə aşağı düşməkdədir.
 
Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Türkiyə Mərkəzi Bankının (TMB) məlumatına görə, avqustun 19-da ölkə ərazisində bir ABŞ dolları 2.9 Türkiyə lirəsinə dəyişdirilib. Qara bazarda isə bir dollar 2.95 lirə olub. Son bir həftədə dolların məzənnəsi təxminən 0.2 lirə (20 kruş) yüksəlib. TMB-dən bildirilir ki, Türkiyə lirəsinin məzənnəsindəki dəyişiklik beynəlxalq valyuta birjalarındakı qeyri-sabit vəziyyətlə bağlıdır.
 
Xatırladaq ki, cari ilin yanvarında bir ABŞ dollarının məzənnəsi təxminən 2.35 lirə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar